Elektromobillərə maraq sürətlə artır: Siyahıda Azərbaycanla Türkiyə də var | Banco.az

Elektromobillərə maraq sürətlə artır: Siyahıda Azərbaycanla Türkiyə də var

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Türkiyədə ilin ilk 5 ayında elektromobillərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 257,3 faiz artaraq 27 min 604-ə çatıb.

Banco.az xəbər verir ki,Avtomobil Distribyutorları və Mobility Dərnəyinin (ODMD) məlumatlarına görə, ilin ilk beş ayında avtomobil satışları 6 faiz artıb.

Statistikaya görə, may ayında 471 min 743 yeni avtomobil satılıb.Bu satışda benzinlə işləyən avtomobillər 247 min 828 ilə birinci, hibrid avtomobillər isə 54 min 65 ilə ikinci yerdədir.

Dizel avtomobil satışlarının sayı 39 min 351, maye qazla çalışan avtomobil satışı sayı isə 2 min 783 olub. Azərbaycanda da  cari ilin yanvar-mart aylarında 35 milyon 308 min dollar dəyərində 830 ədəd elektromobil idxal olunub.
2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 18 milyon 340 min dollar və ya 2,1 dəfə, miqdar ifadəsi ilə 422 ədəd və ya 2 dəfə artıb.
Qeyd edək ki, ötən ilin yanvar-mart ayları ərzində 16 milyon 969 min dollar dəyərində 408 ədəd elektromobil gətirilib.

Azərbaycana gətirilən elektromobillərin qiymətində də cüzi artım olub. Belə ki, 2024-cü ilin üç ayında 1 ədəd elektromobilin orta idxal qiyməti  42 min 540 dollar (72 min 319 manat) təşkil edib. 2023-ci ilin yanvar-mart aylarında isə ölkəyə gətirilən elektromobillərin orta qiyməti 41 min 590 dollar (70 min 703 manat) olmuşdu. Beləliklə son bir ildə idxal olunan elektromobillər 951 dollar (1 616 manat) və ya 2,3% bahalaşıb.
Məlumat üçün bildirək ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) illik sənaye hesabatında yer alan məlumata görə, cari ilin ilk rübündə dünyada elektromobil satışları illik ifadədə təxminən 25 faiz artıb.
Hesabatda, həmçinin 2024-cü ildə elektromobillərin ümumi avtomobil satışlarındakı payının təxminən 20 faizə, 2035-ci ilədək isə 65 faizə çatacağı bildirilir. Eyni zamanda, elektrik mühərriki ilə çalışan avtomobil satışlarının bu il Çində 45 faiz, Avropada 25 faiz, ABŞ-da isə 11 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Dünyanın iki ən böyük elektromobil istehsalçı olan Tesla və BYD bu ilin ilk rübündə satışların 2023-cü ilin oktyabr-dekabr ayları ilə müqayisədə azaldığını təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et