Elektrik əşyalarını daha ucuz qiymətə alın | Banco.az

Elektrik əşyalarını daha ucuz qiymətə alın

Tətilin və ya səyahətlərin ən maraqlı məqamı geri dönməzdən əvvəl edilən alış-verişdir. Səyahətimizi bəzən suvenirlərlə, bəzənsə şəxsi ehtiyaclarımızla doldurulmuş çantalarla tamamlayırıq. Sözsüz ki, xaricdə alış-veriş zamanı diqqət etdiyimiz ən vacib məqamlardan biri ucuzluqdur. Xüsusən də, fərdi ehtiyaclarımızı qarşılamaq üçün alış-veriş ediriksə, getdiyimiz ölkədə ucuz, öz ölkəmizdə bahalı olan əşyalara  üstünlük veririk. Bir çoxumuz, xüsusilə elektrik əşyalarını xaricdən almağın daha düzgün olduğunu hesab edirik. Baxaq görək, hansı ölkə bunun üçün daha əlverişlidir?

 

DUBAY

 

 

Dünyanın alış-veriş terapevti kimi tanınan Dubay, elektrik əşyalarının çox münasib qiymətə tapıla biləcəyi ölkələrdən biridir. Çünki, burada vergisiz alış-veriş etmək imkanı var. Burada elektrik əşyaları olduqca ucuz, çeşid isə çoxdur. Məşhur “Al Fahidi” küçəsi isə ölkədə ən önəmli alış-veriş mərkəzidir. Amma alacağınız məhsul haqqında kifayət qədər məlumatınız yoxdursa, diqqətli olmağınız tövsiyə olunur. Çünki olduqca münasib qiymətə original məhsul əldə etmək imkanı ilə yanaşı, çoxlu saxta məhsulla qarşılaşmaq şansınız da var.

 

SİNQAPUR

 

 

Digər bir alış-veriş cənnəti olan Sinqapur elektron əşyaların əldə edilməsi üçün ən ideal ölkələrdən biridir. Burada saxta məhsullara bir o qədər rast gəlinmir. Sinqapurda ən yeni texnologiyaları  inanılmaz qiymətlərlə aldə edə bilərsiniz. “Sim Lim meydanı” və “Funan Mərkəzi” Sinqapurda elektron alış-veriş üçün ən əlverişli yerlərdir.

 

TAYLAND

 

 

Bir çox dünya markası zavodlarının yerləşdiyi Tayland, elektrik mallarının çox münasib qiymətlərlə əldə edə biləcəyiniz ölkələr sırasındadır. Xüsusilə, kamera almağı düşünürsüzsə, Tayland doğru ünvandır. Burada həm məhsulun özü, həm də ehtiyat hissələri olduqca ucuzdur. Banqkokdakı “MBK Mərkəzi” isə elekrton əşyaların ticarəti baxımından Taylandın “ürəyi” hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

 

MALAYZİYA

 

 

Burada hər növ elektrik əşyasını ucuz qiymətə almaq mümkündür. Amma kompüter hissələri Malayziyada ən populyar və ən ucuz məhsuldur. Beləliklə, bir qədər bacarıqlı olsanız, çox münasib qiymətə aldığınız hissələri birləşdirərək mükəmməl bir kompüter əldə edə bilərsiniz. “Low Yat Plaza” isə elektrik əşyalarının alış-verişi üçün Malayziyada ən doğru ünvandır.

 

ABŞ

 

 

ABŞ da elektrik əşyaların ticarəti üçün əlverişli yerlərdən biridir. Buradakı aşağı qiymətin əsas səbəblərindən biri də odur ki, bu ölkəyə məhsul başqaları ilə müqayisədə daha tez gətirilir. Ancaq bu o demək deyil ki, Amerikada bütün elektrik əşyaları həmişə ucuz qiymətə satılır. Yeni məhsulların təqdim edildiyi, köhnələrin isə istehlak edilməsi nəzərdə tutulan dövrdə buradakı qiymətlər an aşağı həddə çatır. Xüsusən, markaların öz mağazaları alış-veriş üçün daha səmərəlidir.

 

ÇİN

 

 

Və nəhayət, Çin. İstehsal etdiyi imitasiya məhsulları ilə dünya elektron bazarını öz əlində cəmləşdirən bu ölkə əsl alış-veriş cənnətidir. Xüsusilə, orijinal məhsul almaq zərurətiniz yoxdursa, bura sizə lazım olan doğru ünvandır. Başqa ölkədən 2 min dollara alacağınız məhsulu burada 20-30 dollara əldə edə bilərsiniz. Təbii ki, söhbət orijinaldan getmir. Orijinaldan heç nəyi ilə seçilməyən bu məhsulların, alıcını narahat edə biləcək yeganə cəhəti odur ki, onlara zəmanət verilmir. Bu səbəbdən də məhsulların qiymətləri arasında bu cür kəskin fərq olur.

Ted.az