Əksər beynəlxalq sığorta xidmətləri Azərbaycanda artıq mövcuddur | Banco.az

Əksər beynəlxalq sığorta xidmətləri Azərbaycanda artıq mövcuddur

Hazırda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri beynəlxalq təcrübədə istifadə olunan əksər sığorta xidmətlərini həm əhaliyə, həm də biznes subyektlərinə təklif edir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, AMB-nin prioritet kimi qəbul etdiyi sahələrdən biri rəqəmsallaşmanın həyata keçirilməsidir. Bu prioritet sığortalılara operativ xidmətlərin göstərilməsi, sığorta şəhadətnamələrinin təqdim olunması və onların sığorta hadisəsi baş verdiyi zaman sözügedən hadisələrin elektron mexanizmlər vasitəsilə tənzimlənməsini nəzərdə tutur.

"Bunun xaricində icbari sığorta qanunvericiliyində təkmilləşdirmə işlərinin aparılması, icbari sığorta məbləğinin yeni konsepsiyalara, beynəlxalq təcrübələrə uyğunlaşdırılması, həmçinin istehlakçı-sığorta xidmətinin istifadəçilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması nəzərdə tutulur", - V. Qurbanov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram