Əhalinin pul gəlirləri artıb | Banco.az

Əhalinin pul gəlirləri artıb

2014-cü ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 39 mlrd. 360,7 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 4,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) saytında məlumat verilir.

Statistik məlumatlara əsasən, hesabat ilində əhalinin hər nəfərinə düşən nominal gəlirlər 3,5% artaraq 4180,5 manat və ya ayda orta hesabla 348,4 manat təşkil edib.

2014-cü ildə gəlirlərin 68,8%-i son istehlaka, 8,7%-i vergi, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə, 2,5%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 20%-i isə əmanətlərə və kapitalın artırılmasına yönəldilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 35 mlrd. 924,8 mln. manat qalır ki, bu da 2013-cü ilin göstəricisindən 5,1% çoxdur.

interfax.az