Niderlandda dünyanın ilk magistral "ağıllı yol"u salınıb. Uzunluğu 500 metr olan "Smart Highway" yerli Roosegaarde və Heijmans Infrastructure memarlıq bürolarının birgə layihəsidir.
Dördzolaqlı unikal yol sürücünü yoldakı vəziyyət haqqında məlumatlandıracaq, habelə, sürət səviyyəsini idarə etməyə yardımçı olacaq.
"Ağıllı yol"un üstünlükləri bununla bitmir. Yolda salınan işıq zolaqları və dirəklər hava şəraitindən və günün saatından asılı olaraq, yanıb-sönəcək. Bu isə həm sürücüləri qəza təhlükəsindən qoruyacaq, həm də enerjiyə qənaət etmək imkanı verəcək. Layihə uğurla qarşılanacağı halda, Avropanın digər ölkələrində də analoji yolların salınması planlaşdırılır.
Mənbə: milli.az