Müəllif: Gülnar Əhmədli, Banco.az
“Campanies Market Cap” dünyanın ən dəyərli elektron ticarət şirkətlərini açıqlayıb. Siyahının birincisi ABŞ-ın “Amazon” şirkətidir. Şirkətin bazar dəyəri 1,9 trilyon dollardır.
Hazırda dünyanın ikinci ən qiymətli e-ticarət şirkəti Çinin “Alibaba” şirkətidir. Onun bazar dəyəri 202,2 milyard dollardır. Çinin digər şirkəti “Pindouduo” 192,6 milyard dollarlıq bazar dəyəri ilə siyahıda üçüncü yerdədir.
İlk 10-luq aşağıdakı kimidir (15 aprel 2024 tarixinə):
1. Amazon (ABŞ): 1,9 trilyon dollar
2. Alibaba (Çin): 202,2 milyard dollar
3. Pinduoduo (Çin): 192,6 milyard dollar
4. Meituan (Çin): 96,7 milyard dollar
5. MercadoLibre (Argentina): 85,4 milyard dollar
6. Shopify (Kanada): 75,7 milyard dollar
7. Copart (ABŞ): 52,5 milyard dollar
8. Jindong Mall (Çin): 51 milyard dollar
9. Coupang (Cənubi Koreya): 39,7 milyard dollar
10. Sea (Garena) (Sinqapur): 38,1 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!