Müəllif: Tamara Mustafayeva, Banco.az
“Rabobank” ərzaq və kənd təsərrüfatı kredit departamentini yenidən təşkil edəcək.
Banco.az xəbər verir ki, qida və kənd təsərrüfatı sektorlarına kredit verən dünyanın ən böyük banklarından biri “Rabobank” Niderland kooperativ bankının ikinci ən böyük biznesi olan ərzaq və kənd təsərrüfatı sektorunun kreditləşməsinə cavabdeh departamenti yenidən təşkil etməyi planlaşdırır.
“Bloomberg”in məlumatına görə, “Rabobank” rəhbərləri layihə maliyyəsi, ticarət və əmtəə maliyyəsini də əhatə edən qlobal kredit təklifi üçün vahid iş metodu üzərində işləyirlər. Alınan məlumata görə, topdansatış və əyalət departamentinin Asiya əməliyyatları Avropa və Afrika regionu ilə birləşdiriləcək.
“Rabobank”ın həmçinin Niderlandakı pərakəndə biznesini də yenidən təşkil etmə mərhələsində olduğu müəyyən edilib. Bu il bank Niderlanddakı özəl və kommersiya müştəriləri üçün fəaliyyətini vahid departament daxilində birləşdirib.
Qeyd edək ki, qida və kənd təsərrüfatı sektorlarına kredit verən dünyanın ən böyük bankları arasında yer alan “Rabobank”ın topdansatış və kənd sektoru departamenti ilin birinci yarısında xalis mənfəətini 61 faiz artıraraq 463 milyon avroya (499 milyon dollar) çatdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!