Yəqin ki, hər biriniz doğru zamanda doğru yerdə olmaq ifadəsini eşitmisiniz. Lakin bugünkü məqaləmizdə bəhs edəcəyimiz bu insanlar isə yalnış zamanda yanlış yerdə olmaq ya da doğru yeri məhz doğru vaxtdan öncə tərk etmək kimi xüsusi bir istedada sahibdirlər desək, yanılmarıq. Gəlin, tarixin ən uğursuz insanlarını birlikdə tanıyaq.
1. Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın həmtəsisçisi
“Apple” səhmlərinin 10% - nə sahib olmaq hazırda xəyal kimi görünür. Lakin bir nəfər var ki, o bu fürsəti əldən buraxmağın nə demək olduğunu yaxşı bilir. Ronald Wayne – Apple şirkətinin çox tanınmayan üçüncü həmtəsisçisi.
Ronald Wayne, o vaxtlar 21 və 25 yaşında olan Apple – ın digər təsisçiləri Steve Wozniak və Stiv Cobsa şirkəti “böyük nəzarəti” ilə təmin etmək üçün qoşulur və maşınqayırma və sənədləşməyə rəhbərlik edir. O, bunun müqabilində şirkətin 10% -lik səhminə sahib olur.
Çox keçmir ki, Wayne layihənin aqibəti ilə bağlı şübhələrə qapılır. Beləliklə Wozniak və Cobs ilə sadəcə 12 gündən ibarət ortaqlıqdan sonra Wayne müqavilədən öz adını çıxarır və səhmlərini digər təsisçilərə 800 dollara satır.
Wayne – nin şirkətdən ayrılmaqla bağlı qərarı ona baha başa gəlir. Çünki bu gün Apple şirkətində 10% - lik səhmin dəyəri 95 milyard dollardan artıqdır. Səhmlərini satmamış olsaydı Wayne hazırda dünyanın ən varlı insanlarından biri olacaqdı.
2. Atom bombasından iki dəfə zərər çəkən şəxs.
Tarixin ən böyük faciələrindən hesab edilən 1945 – ci ilin avqust ayında Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atılması zamanı baş verən partlayışda təqribən 250 min insan məhv olmuşdu. Təkcə 10 bəxti gətirməyən insan hər iki bomba partlayışı hadisəsinin şahidi olmuşdusa da, ancaq Yamaguchi bu hadisələrdə ən çox bəxti gətirməyən insan idi.
1945 – ci ildə 29 yaşlı Tsutomu Yamaguchi Naqasakidə şəhərin ən böyük şirkəti Mitsubishi Heavy Industries – də mühəndis işləyirdi və o, avqust ayının 6 – da işgüzar səfər üçün Xirosimaya yollanır. Vaqondan enərkən koredici nəhəng bir işığa məruz qalır. Bu, Amerika B-29 bombardman təyyarəsinin buraxdığı “Kiçik Oğlan” atom bombası idi və Xirosimanın 580 m yüksəkliyində partlamışdı.
(Photo credit: CHRIS MCGRATH/GETTY IMAGES)
Xirosima Memorial Sülh Parkı, Xirosima, Yaponiya, 6 Avqust 2015 - Hadisələrin 70-ci ildönümü
O, partlayışdan xilas olsa da üzünün yarısı və qolları yanğından xəsarət alır. Həmin gecəni sığınacaqda keçirdikdən sonra səhər qatarla Naqasakiyə yollanır, çalışdığı şirkətdə müdirinə Xirosimada yaşadığı hadisələri danışdığı əsnada növbəti bomba partlayışı bu dəfə məhz Naqasakidə baş verir. Özünü ələ alan Yamaguchi dərhal evə gedir və evin zirzəmisində düzəltdiyi sığınacaqda həyat yoldaşı və 6 aylıq uşağı ilə birlikdə ayın 15 – nə kimi yaşayır.
Atom bombasının şüalarının təsirilə 6 aylıq uşağı xərçəng xəstəliyinə tutulur və 59 yaşında ölür. 2 dəfə atom bombasından sağ çıxan Yamaguchi 2013 – cü ilin mart ayında Yapon hökuməti tərəfindən 'hər iki bombalamadan xilas olmuş yaşayan tək insan” kimi rəsmi olaraq tanındı.
3. Üzərinə meteorit düşən yeganə insan.
30 noyabr 1954 – cü ildə Alabama ştatına meteorit düşməsi zaman xəsarət alan Ann Hodges tarixdə üzərinə meteorit düşən ilk və son insandır. 3.8 kq ağırlığında olan meteorit səmada üç hissəyə parçalanıb və həmin hissələrdən biri qadının sol bədən nahiyəsinə dəyib. Qəfildən düşən meteorit evin damını dağıdaraq düz qadının üstünə düşüb. Ağır yanıq yarası almaqla dünyada şöhrət qazanan bu qadın 1972-ci ildə 50 yaşında səhhəti pisləşərək vəfat edib.
4. Telefonu icad edib heç bir xeyrini görməyən şəxs.
İtaliyada Aleksandr Qrem Bell (Alexander Graham Bell) adını tələffüz etməyə əsla cəsarət etməyin. Bu ölkədə məktəblərdə uşaqlarla əsrlərdir ki, telefonun ixtiraçısının Antonio Meuççi (Antonio Meucci) olduğunu öyrədirlər. Antonio özünün “teletrofono” icadına görə Amerikada Belldən beş il əvvəl patent hüququ üçün müraciət etmiş, lakin patentin rüsumunu ödəmək üçün onun 10 dolları olmadığından buna nail ola bilməmişdir.
Beş il sonra isə Aleksandr Bell "hava yolu ilə səslərin elektrik titrəyişini ötürən avadanlığın" patentini alır.
O vaxtlar Meuççi həmkarı Belli oğurluqda ittiham etsə də, ədalət yalnız 126 ildən sonra qələbə çalır. ABŞ Konqresinin verdiyi qətnamədə telefonun hələ 1860-cı ildə icad edildiyi və onun ixtiraçısının Meuççi olduğu sübut edilir.
5. Lotereyada uda bilməyən yeganə kəndli.
Hər Milad bayramında kiçik İspan fermer qəsəbəsi olan Sodetoda ev sahibləri birliyi qapı-qapı gəzərək ictimai tədbirlərin təşkilini maliyyələşdirmək üçün lotereya bileti satırlar. İspaniyada ilk dəfə 1812 – ci ildə təşkil edilən məxsusi Milad lotereyası “El Gordo” (“Kök Adam”) adlanır və bu dünyanın ən qədim lotereyalarından biridir.
2012 – ci ildə İspaniyada 250 sakini olan kiçik fermer qəsəbəsi Sodetoda yaşayanlar da bu lotereyaya qatıldılar. Qəsəbə sakinlərinin lotereya bileti 950 milyon dollar dəyərindəki əsas mükafatı (cekpot) uddu. Lotereya oynayanların hamısı ən az 130 min dollar qazandı, Costis Mitsotakisdən başqa.
Çünki kinorejissor Costis Mitsotakis qəsəbədən kənarda təmir etdiyi köhnə bir evdə yaşayırdı. Sodeto qəsəbəsi cekpot uduşunu qazananda bu məbləğdən ona heç bir pay düşmədi.
6. Üç səyahətdə üç terror hadisəsi ilə üzləşən cütlük.
Jason və Jerry Lawrence adlı ingilis cütlük Nyu Yorka səfərə gedirlər. Ancaq orada olduqları tarix çox uğursuz seçilmişdi, çünki cütlük 11 sentyabr hadisələrinin canlı şahidi oldular. Bəs, cütlüyün uğursuzluğu elə bununla bitir? Təbii ki, xeyir...
Cütlük 2005 – ci ildə Londona getməyə qərar verir. Bu dəfə də Londonda metroda baş verən partlayışa rast gəlirlər.
2008 – ci ildə isə Mumbaya yola çıxırlar. Bədbəxtlikdən bu dəfə də Hindistan tarixinin ən böyük terror hadisəsi olan 160 nəfərin ölümü ilə nəticələnmiş 26 noyabr hadisəsi baş verir.
Həmçinin oxu: Uğursuz insanlar bizə nə öyrədir?
Tamara Mustafayeva, Banco.az