Dünyanın ən bahalı rəsm əsərləri - SİYAHI | Banco.az

Dünyanın ən bahalı rəsm əsərləri - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Orijinal rəsm tabloları müasir dünyada sahib oluna biləcək ən qiymətli sənət əsərləri arasındadır. Çoxları rəsmlərin bəzək əşyası olduğunu düşünsə də, hərraclarda rəsmlərə görə ödənilən kifayət qədər yüksək məbləğlərə nəzər saldıqda, peşakar rəssamların yaratdığı rəsmlərin dekorativ əşyalardan qat-qat üstün olduğunu görə bilərik.

Banco.az xəbər verir ki, ən məşhur rəsmlər, xüsusən 1803-cü ilə qədər yaradılmış köhnə əsərlər tez-tez muzeylərdə saxlanılır və ictimaiyyətin görməsi üçün nümayiş etdirilir. Muzeylərdə saxlanılan rəsmlər nadir hallarda satıldığı üçün bu tarixi əsərlər qiymətsiz sayılır.

Leonardo da Vinçinin "Mona Liza" tablosu bu günə qədər ən yüksək qiymətə sığortalanmış əsər kimi "Ginnesin Rekordlar Kitabı" siyahısına daxil edilib. Mona Liza Parisdəki Luvr Muzeyində daimi nümayiş etdirilir. 

Rəsmlər istehsal edildiyi tarixdən və ilk dəfə bazara çıxarıldığı vaxtdan asılı olaraq çox baha qiymətə alınsa da, köhnə istehsal tarixi olan və hələ də yaxşı vəziyyətdə olan tablolar milyonlarla dollar dəyərindədir.

Satışa çıxarılan sənət əsərləri arasında rekord qiymət - 450 milyon ABŞ dolları ilə Leonardo Da Vinçinin "Salvator Mundi" tablosuna məxsusdur.

Dünyanın ən bahalı 10 rəsm əsəri isə aşağıdakılardır:

  1. "Salvator Mundi" (450 milyon dollar) - Leonardo Da Vinçi
  2. "Interchange" (300 milyon dollar) - Villem de Kuninq  
  3. "The Card Players" (250 milyon dollar) - Pol Sezann
  4. "Nafea faa Ipoipo" (210 milyon dollar) - Pol Qogen 
  5. "Number 17A" (200 milyon dollar) - Cekson Pollok 
  6. "Violet Green and Red" (186 milyon dollar) - Mark Rotko 
  7. "Wasserschlangen II" (183 milyon dollar) - Qustav Klimt 
  8. "Pendant portraits of Maerten Soolmans and Oopjen Coppit" (180 milyon dollar) - Rembrandt 
  9. "Les Femmes d'Alger (Version O)" (177,4 milyon dollar) - Pablo Pikasso 
  10. "Nu Couche" (170,4 milyon dollar) - Amadeo Modilyani

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram