Dünyanın danışdığı “Azadlıq Gəmisi” | Banco.az

Dünyanın danışdığı “Azadlıq Gəmisi”

Dünyanın ən böyük kruiz gəmisi olacaq  Freedomship sanki üzən şəhərdir.

Bu gəmiyə saray demək mümkün deyil. Tikilməsi planlanlaşdırılan Freedomship heç bir limana sığmayacaq. Gəmi davamlı hərəkət edəcəkdir. Gəmi o qədər böyük olacaqdır ki, içində bir metro şəbəkəsi də qurulacaqdır. 

Freedomship-in sərnişin tutumu 50 min adam olacaqdır.

Gəmi mütəmadi olaraq hərəkət edəcək  və iki ilə dünyanı gəzəcək.

25 mərtəbəli olacaq gəminin içərisində qumarxana və incəsənət qalereyası da olacaqdır.

Gəminin 10 milyard dollara başa gələcəyi gözlənilir.

Üzən şəhər heç bir limana sığmayacaq qədər böyük olacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Gəminin ümumi sahəsi 1.7 milyon kvadrat metr olacaq.

Freedomship hərəkətə Amerikanın şərq sahillərindən başlayacaq. Eyni zamanda gəminin üzərində  təyyarələr üçün enib-qalxma zolağı  olacaqdır.

Gəmi dünyanın ən böyük kruiz gəmisi olan "Queen Mary II" gəmisinin uzunluğundan 4 dəfə uzun olacaq. Gəmi bu günə qədər tikilmiş ən böyük kruiz gəmisi adını üzərinə götürəcək.

Freedomship-in içində eyni zamanda günəş enerjisi panelləri və dalğa enerjisi sistemi də olacaqdır.

Mənbə: marja.az