Dünyada internetin ən bahalı olduğu ölkələr - SİYAHI | Banco.az

Dünyada internetin ən bahalı olduğu ölkələr - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Picodi Türkiyə" dünyada 100 MB/S sürət üçün provayderlərin abunə haqqının ən yüksək olduğu ölkəri müəyyənləşdirib.

Banco.az xəbər verir ki, reytinqdə birinci yeri Norveç tutur. Ölkədə fəaliyyət göstərən provayderlər 100 MB/S sürət üçün ayda orta hesabla 75,1 avroya xidmət göstərirlər. İkinci yerdə 58,8 avro ilə İslandiya, üçüncü yerdə isə 53,8 avro ilə Avstraliya gəlir.

Qeyd edək ki, müqayisə provayderlərin rəsmi internet saytındakı qiymətlərin orta göstəricisi əsasında aparılıb.

  • Norveç  - 75,1 avro
  • İslandiya - 58,8 avro
  • Avstraliya - 58,4 avro
  • İsveçrə  - 53,8 avro
  • İrlandiya - 50 avro
  • ABŞ - 47,3 avro
  • Porto Riko - 47,3 avro
  • Danimarka  - 45,4 avro
  • Kosta Rika - 44,6 avro
  • Nikaraqua - 44,5 avro
  • Nigeriya - 44,1 avro
  • Cənubi Afrika - 44 avro
  • Birləşmiş Krallıq - 43,8 avro
  • Belçika  - 41,7 avro
  • Honduras - 41,6 avro

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram