Dünyada ən çox istifadə edilən veb-brauzerlər bəlli olub | Banco.az

Dünyada ən çox istifadə edilən veb-brauzerlər bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İnternetə daxil olmaq üçün istifadə olunan brauzerlər artıq əvəzolunmaz vasitələrdən biridir.

Banco.az xəbər verir ki, son məlumatlar dünyada ən çox istifadə edilən veb-brauzerləri müəyyən edib.

Texnologiya sahəsinə dair məlumat toplayan “Statcounter”in 2023-cü ilin oktyabr ayı üçün dərc etdiyi hesabatlar mobil, planşet və kompüter platformalarında ən çox istifadə edilən veb-brauzerləri ortaya çıxarıb.

Bəlli olub ki, 2023-cü ildə ən çox istifadə edilən veb-brauzer 63,17 faiz istifadə nisbəti ilə “Google Chrome”dur. 

“Google Chrome”dan dərhal sonra 19,9 faiz istifadə nisbəti ilə “Apple Safari” və 5,46 faiz istifadə nisbəti ilə “Microsoft Edge” gəlir. Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq 3,31 faiz ilə “Opera” və 3,02 faizlə “Mozilla Firefox”a məxsusdur.

Siyahının ilk 10-ğu ilə tanış olaq:

  1. Google Chrome - 63,17 faiz
  2. Apple Safari - 19,9 faiz
  3. Microsoft Edge - 5,46 faiz
  4. Opera - 3,31 faiz
  5. Mozilla Firefox - 3,02 faiz
  6. Samsung İnternet - 2,33 faiz
  7. UC Browser - 0,78 faiz
  8. Android - 0,5 faiz
  9. Yandex Browser - 0,28 faiz
  10. Digər - 1,25 faiz

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram