Dünyada bu tarixdə ilk trilyonçu olacaq | Banco.az

Dünyada bu tarixdə ilk trilyonçu olacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

On  il ərzində Yer üzündə ilk trilyonçu  peyda ola bilər.

Banco.az xəbər verir ki, belə bir məlumatı Oxfam beynəlxalq xeyriyyə və humanitar təşkilatın analitikləri paylaşıblar.

Dünyanın ən zəngin beş adamı 2020-ci ildən bəri gəlirlərini iki dəfə artırıb. Cəmi bir neçə il ərzində onların ümumi sərvəti 405 milyard dollardan 869 milyard dollara yüksəlib. Əgər bu sürət belə davam edərsə, 2034-cü ildə dünyanın ilk trilyonçusu ola bilər.

Oxfam hesabatına görə, 2020-ci ildən 2024-cü ilə qədər olan dövr ərzində təxminən 5 milyard insan yoxsullaşıb. Təşkilat hesab edir ki, yoxsulluq 230 il ərzində aradan qaldırılmayacaq.

15 yanvar 2024-cü il tarixinə olan məlumata görə  dünyanın ən varlı adamları siyahısında birinci yeri “Tesla” və “Space X” şirkətinin rəhbəri Elon Musk tutur. Onun sərvəti 230.2 milyard dollar olaraq qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Reytinqdə ikinci yeri LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault Louis Vuitton  paylaşır. Onun varidatı 182.7 milyard dollardır.

İlk 5-ə həmçinin Amazonun təsisçisi Ceff Bezos (176,9 milyard dollar) təsisçisi, və Facebook-un qurucusu  Mark Zuckerberg (132,3 milyard dollar) də daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram