Dünya Bankı ərzaq və əmtəə qiymətləri üzrə proqnozunu bölüşüb | Banco.az

Dünya Bankı ərzaq və əmtəə qiymətləri üzrə proqnozunu bölüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı qlobal ərzaq və əmtəə qiymətlərinin 2025-ci ildə son beş ilin ən aşağı səviyyəsinə düşəcəyini bildirib. 

Banco.az xəbər verir ki, Dünya Bankı “Əmtəə Bazarlarına Baxış Hesabatı”nın oktyabr 2024-cü il buraxılışını dərc edib.

Hesabata görə, qlobal əmtəə qiymətlərinin 2026-cı ilə qədər azalacağı gözlənilir.

Buna baxmayaraq, ümumi əmtəə qiymətlərinin Kovid-19 pandemiyasının yayılmasından əvvəlki beş illə müqayisədə 30 faiz yüksək olaraq qalmağa davam edəcəyi qeyd edilib.

Hesabatda əmtəə qiymətlərinin bu il 3,4 faiz ucuzlaşdıqdan sonra 2025-ci ildə 5,1 faiz, 2026-cı ildə isə 1,7 faiz azalacağının gözlənildiyi bildirilib. Bunun qiymətlərin 2020-ci ildən bəri ən aşağı səviyyələrə düşməsinə səbəb olacağı vurğulanıb.

Bankın hesabatında qlobal əmtəə qiymətlərinin 2024-cü ildən 2026-cı ilə qədər təxminən 10 faiz azalacağı proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda proqnozlaşdırılan azalmalara neft qiymətlərinin səbəb olduğu vurğulanıb və təbii qaz qiymətlərindəki artımların, metallar və kənd təsərrüfatı xammalı üzrə stabil proqnozun bu enişləri məhdudlaşdırdığı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram