Müəllif: Gülnar Əhmədli, Banco.az
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 102 min ədəd artaraq 17 milyon 343 min ədəd təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar ayının sonunda bu göstərici 17 milyon 241 min ədəd təşkil edib.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 23.7% artıb (2023-cü ilin fevral ayında 14 milyon 17 min ədəd). Ödəniş kartlarında artım debet kartları üzrə 24.3%, kredit kartları üzrə 20.2% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 150 min, kredit kartları 381 min, digər kartlar isə 2.9 mln. ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!