“Häagen-Dazs” bütün dünyada tanınan və sevilən prestijli dondurma brendidir. Adına fikir verdikdə Skandinaviya mənşəli brend olduğunu düşündünüz, elə deyilmi? Lakin “Häagen-Dazs” II Dünya Müharibəsini yaşamış Musəvi bir ailənin uşağı olan Reuben Mattus tərəfindən 1961-ci ildə Amerikada yaradılmışdır və adının Skandinav dili də daxil olmaqla dünyanın heç bir dilində qarşılığı yoxdur.
Görünür kimi idxal məhsullarının keyfiyyətli olduğuna dair düşüncə tərzi sadəcə bizim ölkəmizdə deyil dünyanın hər yerində mövcuddur ki, hazırda sözügedən dondurma brendi Amerikada olduqca nüfuza sahibdir. Bizim ölkəmizdə də əgər bir məhsul bahalı və xaricdən, xüsusilə də Qərb ölkələrindən idxal edilibsə onun ödədiyimiz məbləğə layiq olduğunu düşünürük.
Daha sonra Reuben Mattus bu marketinq siyasətini özünükiləşdirmiş və hətta başqa bir Amerika dondurma brendi olan “Frusen Glädjé” ni marketinq üsulu oğurladığına dair şikayətlə məhkəməyə vermiş, lakin işi qazana bilməmişdir. Çünki “Häagen-Dazs” adının heç bir məna ifadə etməməsinə baxmayaraq “Frusen Glädjé” İsveç dilində “Donmuş ləzzət” deməkdir. Yenə də qeyd etmək lazımdır ki, “Häagen-Dazs” adının mənasızlığına baxmayaraq dünyaya yayılan dondurma brendidir.
“Häagen-Dazs” nümunəsindən çox vacib bir marketinq dərsi çıxarmaq lazımdır: “Markanızın müştərilər tərəfindən necə başa düşüləcəyi tamamilə sizdən asılıdır.” Siz markanı yaratdığınız zaman adı və loqosu ilə, həmçinin reklam kampaniyalarınızla istifadəçilərin gözündə o markanı istədiyiniz kimi canlandıra bilərsiniz. “Häagen-Dazs” yeni bir məhsul istehsal etmədən yüz illərdir yeyilən bir məhsulu fərqli şəkildə satır və bununla da Amerikadakı digər dondurma istehsalçılarından seçilir.
TAMARA mUSTAFAYEVA, BANCO.AZ