Dollara alternativ valyuta yaradıla bilərmi? | Banco.az

Dollara alternativ valyuta yaradıla bilərmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Kazanda 16-cı BRICS liderləri zirvəsində birgə maliyyə ticarət layihələrinin müzakirəsi baş tutub. Zirvə zamanı Rusiya Prezidenti Vladimir Putin, BRICS-in qlobal iqtisadiyyatda aparıcı rolundan danışıb və alternativ valyuta məsələsinin önəmini vurğulayıb.

Banco.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Elman Sadıqov bildirib ki, alternativ valyuta rezerv valyuta kimi yaradılmasının bir sıra çətinlikləri var. O, qeyd edib ki, bu məsələyə yanaşan bir çox ölkələr ya sanksiyalara məruz qalıblar, ya da resurs ölkələri deyil:

“Məsələn, Rusiya neft və qaz ixrac edən ölkədir, lakin hazırda sanksiyaların təsiri altında qalıb.

Bir az ehtiyatlı mövqe tutmaq daha önəmlidir. Çünki faktiki olaraq satılan neft və qaz dollarla kotirovka olunur”.

Ən sərfəli kredit üçün müraciət et

Elman Sadıqov vahid valyuta ideyasına da toxunaraq bildirib ki, belə bir təşəbbüs uğurlu olsa belə, həmin valyuta bir ölkənin milli valyutası kimi qəbul olunacaq. Bu isə müxtəlif ziddiyyətlərə yol açacaq:

 "Çin yuanının vahid valyuta kimi qəbul olunması ziddiyyətli bir məsələyə çevrilə bilər. BRICS ölkələri arasında yalnız Çin yuanının təsirli gücə malik olduğunu, digər ölkələrin valyutalarının bu məsələdə güc nümayiş etdirmədiyini düşünür. Bu, digər ölkələr üçün isə ciddi problemlər yarada, kəskin valyuta mədəniyyəti dəyişiklikləri baş verə bilər.

Elman Sadıqov Avropa İttifaqı ölkələrində olduğu kimi vahid valyutanın yaradılmasının da uğurlu bir yanaşma olmadığını vurğulayıb, çünki Avropa İttifaqı ölkələri eyni coğrafiyada bir-birinə yaxın ərazilərdə yerləşirlər:

“Uzaq məsafələrdə, müxtəlif inkişaf səviyyələrinə malik ölkələr arasında vahid valyuta mexanizmi isə ciddi problemlərə yol aça bilər”.