DİQQƏT: Unibank-da vakansiya var! | Banco.az

DİQQƏT: Unibank-da vakansiya var!

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır. 

Bank Linux Administrator vəzifəsi üzrə işçi axtarır.

Başlıca öhdəliklər və məsuliyyətlər:

  • Linux-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
  • Şirkətin web/app serverlərinin quraşdırılması və müşayiəti;
  • IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
  • İstehsalçılarla (DevOps) qarşılıqlı əlaqədə olmaq;
  • Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
  • Yeni servisləri fərqli tapşırıqlar əsasında təkminləşdirmək;
  • Şəbəkə və serverlərin informasiya təhlükəsizliyinin Əməliyyat Sistemi səviyyəsində təmin edilməsi.

Namizədin Profili

Ən sərfəli kredit üçün müraciət et

  • Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
  • İngilis dilini texniki sənədləşməni oxuya biləcək səviyyədə bilmək;
  • Administrator səviyyəsində Red Hat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;
  • GlassFish və Tomcat web-servisləri ilə praktiki iş təcrübəsinə malik olmaq;
  • Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
  • Linux server əməliyyat sistemlərini yüksək yüklənmələr altında istismar edilməsinin quraşdırılması üzrə iş təcrübəsi;
  • Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə iş təcrübəsi;
  • Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
  • Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
  • Çətin və qeyri-adi tapşırıqları həll etməyə hazırlıqlı olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Linux Administrator) göstərməyiniz xahiş olunur.