“KREDAQRO” Bank Olmayan Kredit müxtəlif regionlar üzrə FİLİAL MÜDİRİvəzifəsinə işçi axtarışı elan edir.
Vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün üzrə çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidətin göstərilməsinin təmin olunması;
- Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
- Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Bank və yaxud qeyri bank sektorunda azı 3 il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
- MS Office proqramlarından gündəlik istifadə bacarığı;
- Liderlik və təşkilatçılıq qabiliyyəti.
Uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına məktubun mövzu bölümündə vakansiyanın adını (Filial Müdiri) qeyd edərək göndərmələri xahiş olunur.