Danışdığımız dil düşüncə tərzimizə necə təsir edir? | Banco.az

Danışdığımız dil düşüncə tərzimizə necə təsir edir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əgər ana dilinizdən başqa bir dildə danışırsınızsa, yəqin ki, bu dildə danışdığınız zaman bir az fərqli insan olduğunuzu müşahidə etmisiniz. Dil və mədəniyyət təkcə şəxsiyyətə deyil, həm də düşüncə tərzinə təsir göstərir. Fərqli mədəniyyətlərin dünyaya baxış tərzi fərqlidir. Danışdığımız dil düşüncə tərzimizə necə təsir edə bilər? Detallara birlikdə baxaq:

Rəngləri qəbul etmə tərzimiz dəyişir

Fərqli mədəniyyətlər rəngləri fərqli qəbul edirlər. Bəzi dillərdə rəngləri təsvir etmək üçün yalnız 2 söz var: açıq və tünd. "Tünd" yaşıl, mavi və qara kimi soyuq rənglər üçün istifadə olunur. "Açıq" sarı, qırmızı və narıncı kimi isti rənglər üçün istifadə olunur. Elə bir dil də var ki, orada "rəng" sözünün termini yoxdur. Bunun əvəzinə, onlar obyektləri onların ölçüsünə, formasına və nə üçün istifadə olunduğuna görə təsvir etmək üçün ifadə edirlər.

Aspektləri izahetmə şəklimiz dəyişir

İngilis dilində sol, sağ, irəli və geri kimi terminlər insanın hara getməli olduğunu və ya obyektin harada olduğunu təsvir etmək üçün istifadə olunur. Bu, bizim üçün də belədir.

Lakin bəzi mədəniyyətlər şimal, cənub, qərb və şərq kimi kompas istiqamətlərindən istifadə edirlər (Avstraliya aborigenləri). İngilis və ya azərbaycanca danışan biri üçün isə şimal və cənub istiqamətini qısa müddətdə söyləmək çətindir.

Ən sərfəli kredit üçün müraciət et

Subyektləri və obyektləri fərqli adlandırırıq

Dillərdə cinsləri ifadə etmək üçün ifadələr istifadə olunur. Kişi və qadın kimi. Bəzi dillərdə canlı və cansız cisimlər üçün ifadələr də var. Necə ki, ingilis dilində "it" sözü heyvanlar və cansız əşyalar üçün istifadə olunur. Alman, ispan və fransız dillərində də belə qrammatik cinslər var.

Bu mövzu ilə bağlı bir eksperiment keçirilib və iştirakçılara açar verilib. Onlardan açarı izah etmələri istənilib. İspan dilində danışanlar açarı qadınlarla əlaqələndirdikləri üçün onu "kiçik" və "gözəl" kimi sözlərlə təsvir ediblər. Almanlar isə "faydalı", "ağır" və "güclü" kimi kişi stereotiplərinə uyğun sözlər işlədiblər, çünki onlar açarı kişilərlə eyniləşdirirlər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram