Danimarkalıların xoşbəxt həyat fəlsəfəsi "hygge" nədir? | Banco.az

Danimarkalıların xoşbəxt həyat fəlsəfəsi "hygge" nədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Danimarka dünyanın ən xoşbəxt ölkələri siyahısında birinci yerlərdədir. Bu ölkə xoşbəxt insanları ilə yanaşı, bənzərsiz təbiəti və maraqlı tarixi ilə də məşhurdur. Üstəlik, dünyada rifah səviyyəsi ən yüksək olan ölkələrdən biridir. Ancaq Danimarkada xoşbəxtliyin yalnız yüksək rifah səviyyəsi ilə əlaqəli olduğunu düşünürsünüzsə, yanılırsınız. Xoşbəxtlik və sülh danimarkalılar üçün demək olar ki, həyat tərzidir. Çünki "hygge" anlayışı Danimarka mədəniyyətinin ən mühüm elementlərindən biridir.

Onların həyatının və xoşbəxtliyinin sirri nədir və "hygge" nə deməkdir. Birlikdə nəzər salaq:

"Hygge" danimarkalıların həyatında böyük yer tutan bir anlayışdır. "hyüqa" kimi tələffüz edilən sözə ilk dəfə yazılı mənbələrdə 1800-cü illərdə rast gəlinir.

Son zamanlar bütün dünyada məşhur bir anlayışa çevrilən, rifah mənasını verən və Norveç sözündən yaranan "hygge" başqa dillərə tərcüməsi olduqca çətin bir sözdür.

Çünki bu söz həm həyat tərzini, həm düşüncə tərzini, həm də gündəlik həyatda bəzi məqamları və davranışları özündə birləşdirir. 

Bu, danimarkalılar üçün adi bir sözdən daha çox şeydir. Hətta bir çox danimarkalı "hygge" anlayışını "mədəni kimliyimizi təyin edən bir xüsusiyyət və milli DNT-mizin ayrılmaz hissəsi" olaraq təyin edir.

Hygge nədir?

Əslində bu suala cavab vermək asan deyil. Çünki "hygge" tamamilə Danimarka mədəniyyətində ortaya çıxan maraqlı bir anlayışdır. Eyni zamanda, bu, son dərəcə əhatəli bir ifadədir. Buraya düşüncə təcrübələri, bəzi məqamlar, davranış nümunələri, xoşbəxtlik, sülh və rifahla sıx bağlı olan fəlsəfə daxildir. Məsələn, mehriban mühit yaratmaq "hygge" fəlsəfəsinin əsasını təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Anlayışın müəyyən ümumi mənaları olsa da, konsepsiya insandan insana dəyişə bilər. Səs-küylü ailə qonaqlıqları bəziləri üçün unikal bir "hygge" anı olsa da, digərləri üçün təkbaşına təbiət gəzintisi "hygge"nın ortaya çıxdığı an ola bilər.

Başqa sözlə, konsepsiya danimarkalıların həm sosial, həm də şəxsi həyatında mühüm yer tutur. "Hygge" sakitlik və xoşbəxtlik yolunu seçmək deməkdir.

Rahat, mehriban və dinc mühit, anlar və vəziyyətlər yaratmağın xoşbəxt bir həyat sürməyin əsas qaydalarından biri olduğuna inanan danimarkalılar bütün həyatlarını buna uyğun qururlar. Bununla da həyatın demək olar ki, hər anı xoşbəxtliyi ələ keçirmək üçün unikal bir fürsətə çevrilir. "Hygge"nın tam ortaya çıxması üçün hər kəs özünü rahat və təhlükəsiz hiss etməlidir.

Əgər siz də bu anı yaşamaq istəyirsinizsə, o zaman etməli olduğunuz ilk şey beyninizi boşaldaraq həyatdakı kiçik xoşbəxtliklərə belə diqqət yetirməkdir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram