Cənubi Koreyanın "Samsung" və Çinin "Huawei" şirkətinin ardınca daha bir Çin şirkəti ekranı qatlana bilən mobil telefon hazırlayıb.
Söhbət TCL şirkətindən gedir.
Onun ərsəyə gətirdiyi 10 düymlük ekranlı mobil cihazın ekranı 3 dəfə qatlana bilir. Yeni modelin digər texniki xüsusiyyətləri və bazara nə vaxt çıxarılacağı açıqlanmayıb.
Report.az