Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin valyuta ehtiyatlarının oktyabrda 3 trilyon 261 milyard dollara qədər azaldığı bildirilib.
Banco.az xəbər verir ki, Çinin Dövlət Valyuta Klirinq İdarəsi oktyabr ayı üzrə valyuta ehtiyatı məlumatlarını açıqlayıb.
Müvafiq olaraq, ölkənin valyuta ehtiyatları oktyabrın sonunda əvvəlki ayla müqayisədə 55,3 milyard dollar azalıb.
Sentyabr ayı ilə müqayisədə 1,67 faiz azalan ehtiyatların ümumi dəyəri 3 trilyon 261 milyard dollar olub.
Açıqlamada oktyabrda ABŞ dolları indeksinin artdığı, qlobal maliyyə aktivlərinin qiymətlərinin isə azaldığı bildirilib. Valyuta ehtiyatlarının azalmasının svop əməliyyatları və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsiri nəticəsində baş verdiyi vurğulanıb.
Qeyd edək ki, Çinin valyuta ehtiyatları 11 aydır ki, 3,2 trilyon dollardan yuxarıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!