Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinə birbaşa xarici investisiyalar ötən il 1990-cı illərdən bəri ən aşağı səviyyədə artıb.
Banco.az xəbər verir ki, Çin Milli Xarici Valyuta Administrasiyasının (SAFE) məlumatlarına görə, 2023-cü ildə ölkəyə birbaşa xarici investisiyalar 33 milyard dollara çatıb.
Bununla da, investisiyalar 2022-ci ilə nəzərən 82 faiz azalaraq 1993-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Açıqlanan məlumatlar Kovid-19 karantinlərinin və zəif bərpanın təsirlərinin hiss olunduğunu göstərir.
Çin Milli Statistika İdarəsinin məlumatına görə, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin gəlirliliyi ötən il əvvəlki ilə nisbətən 6,7 faiz azalıb.
Qeyd edək ki, Çin hökumətinin pandemiyadan sonra xarici şirkətləri geri qaytarmaq səyləri hələ də bəhrəsini verməyib. Pekin hökumətinin bununla bağlı əlavə addımlar atmasına ehtiyac ola biləcəyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!