Çinin "Fosun International" şirkəti, Böyük Britaniyanın iflas etmiş "Thomas Cook" səyahət şirkətinin markasını 14.2 milyon dollara satın alacaq.
"Thomas Cook", Sentyabr ayında sərmayəçilərdən 250 milyon dollar maliyyə toplamaq cəhdinin müvəffəqiyyətsiz olmasından sonra iflasını açıqlamışdı.
Səhmləri "Hong Kong" birjasında listinq edilmiş "Fosun"dan Cümə günü verilən açıqlamada, yeni razılaşma ilə "Thomas Cook" markası ilə bərabər şirkətin "Casa Cook" və "Cook Club" markalarına da sahib olacaqları qeyd edilib.
Satınalamın "Fosun"un mövcud turizm holdinqlərini dəstəkləyəcəyi və "Çinin xarici turizmindəki böyümə sürətini artıracağı" bildirilib.
1992-ci ildə Guo Guangchang tərəfindən əsası qoyulan "Fosun International Limited" Çinin beynəlxalq konqlomeratı və investisiya şirkətidir.
Marja