Ceteris Paribus nədir? | Banco.az

Ceteris Paribus nədir?

İqtisadi nəzəriyyə öyrənərkən yəqin qarşınıza bu ifadə çıxıb? Ya da hansısa bir iqtisadi məqalədə bu ifadənin işləndiyini görmüsünüz? Bəs o zaman Ceteris Paribus nədir? 

Latın sözü olan Ceteris Paribus ana dilimizə tərcümədə “digər bütün şərtlər sabitkən” mənasına gəlir. Yəni, bir hadisənin dəyişməsi digər hadisələrdə dəyişkənliyə səbəb olmayacaqdır. Gəlin bu termini daha yaxşı anlamaq üçün misallara üz tutaq.

Fikirləşək ki, bir məhsulun bazarda qiyməti qalxmışdır. Ceteris Paribus vəziyyətinə görə bazarda məhsulun qiyməti qalxmışdırsa, ona tələb edilən miqdar aşağı düşəcəkdir. Yəni, insanların zövq və istəkləri, həmin məhsulu əvəzləyəcək digər məhsulların qiymətinin artıb azalması nəticəsində tələb miqdarına təsiri nəzərə alınmayacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, dünya neft bazarında qiymətlərin qalxması neftə olan təlabatı aşağı düşürəcəkdir. Yəni, Ceteris Paribus vəziyyətinə görə,  neft qiymətləri qalxarsa insanların neftə olan ehtiyacı,  əvəzləyici və tamamlayıcı məhsulların qiyməti, istehsalçı gəlirləri və.s  sabit qalarsa, ona olan tələbat azalar . Yəni, əgər neftin qiyməti qalxdığı zaman insanların əməkhaqqları ya da neftə olan ehtiyacı  artarsa tələbat azalmaya bilər.

Xəzər Aslanov