CEO-lar müvəffəqiyyətlərini davam etdirmək üçün nə edirlər? | Banco.az

CEO-lar müvəffəqiyyətlərini davam etdirmək üçün nə edirlər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

CEO-ların böyük əksəriyyəti sadə vərdişlərə sadiq qalaraq və çox çalışaraq olduqları yerə çatırlar. İşinizdə uğur qazanmaq istəyirsinizsə, vərdişlərinizi yenidən nəzərdən keçirə bilərsiniz. Burada təkcə iş vərdişlərinizdən deyil, həm də düşüncə vərdişlərinizdən söhbət gedir.

Çox vaxt düşünürük ki, həyatda uğur qazana bilməyəcəyik və ya yaxşı işlər görə bilməyəcəyik. Uğur həmişə çox çalışan və bəzi əsas vərdişləri olan insanlara gəlir. Uğur qazanmamızda müəyyən qədər kömək olacaq və CEO-ların uğur qazanmaq üçün etdikləri ortaq vərdişlərə nəzər salaq:

1. Saatlarla işləyirlər

Harvard Universitetində aparılan araşdırmaya görə, əksər CEO-lar həftədə təxminən 60 saat işləyir. Həftə içi orta hesabla gündə 10 saat, həftə sonu 4 saat, bayramda isə işə 2,5 saat vaxt sərf edirlər.

2. Tək bir işə diqqət yetirirlər

CEO-ların əksəriyyəti missiya yönümlü insanlardır. Bu o deməkdir ki, onlar öz məqsədlərini çox yaxşı müəyyənləşdirirlər. Nə etdiklərini çox yaxşı bilirlər. Buna görə də zehinlərini yayındırmadan tək bir işə diqqət yetirirlər.

3. Şirkət mədəniyyəti yaradırlar

Baş direktora təkcə missiya deyil, həm də mədəniyyət lazımdır. Şirkətin daxili dəyərləri, insan münasibətləri, məhsuldarlıq yollarının müəyyən edilməsi və işçilərin üzərinə düşəni etməyə sövq edən bütün hərəkətlər mədəniyyət olaraq təyin edilə bilər.

4. Erkən oyanırlar

Hamımız bilirik ki, uğurlu insanlar tez oyanırlar. Onların fikrincə, günün ən məhsuldar vaxtı səhər tezdəndir. Cəmi bir neçə saat gec oyanmaq CEO-lar üçün böyük itkidir.

Ən sərfəli kredit üçün müraciət et

5. Tez qərarlar qəbul edirlər

"Harvard Business Review"a görə, uğurda qətiyyət böyük rol oynayır. Elmi araşdırmalara əsasən, daha qətiyyətli insanların CEO olma ehtimalı 12 dəfə çoxdur. CEO-lar hər həftə, hətta bəzən bir gündə onlarla qərar qəbul edirlər.

6. Fəaldırlar

Uğurlu insanlar təkcə bir günü deyil, qarşıdakı günləri də düşünməlidirlər. Təbii ki, onlar yaxın günlərdə baş verəcək hadisələri proqnozlaşdırmaq qabiliyyətinə malikdirlər. Buna görə də uğursuzluqlara həmişə hazırdırlar. Bu səbəblə CEO-lar istənilən vəziyyətdə asanlıqla təşəbbüs göstərə və tez müdaxilə edə bilirlər.

7. Ünsiyyət bacarıqlarını təkmilləşdirirlər

Uğur qazanmaq üçün başqaları ilə yaxşı ünsiyyət çox vacibdir. Baş direktorlar təkcə investorlar və işçilərlə deyil, həm də potensial müştərilərlə yaxşı ünsiyyət qurmağı bacarmalıdırlar. Onlar çox yaxşı bilirlər ki, lazım olanı çatdıra bilmirlərsə, çalışqan olmağın heç bir faydası yoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram