Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreyada istehlak inflyasiyası ötən ay gözləniləndən çox azalaraq mərkəzi bankın hədəfindən aşağı qalıb.
Banco.az xəbər verir ki, Cənubi Koreyada çərşənbə günü açıqlanan məlumatlara görə, istehlak qiymətləri indeksi (CPI) sentyabr ayında bir il əvvəllə müqayisədə 1,6 faiz artıb.
Avqust ayında 2,0 faiz artım qeydə alınmışdı.
“Bloomberg”in iqtisadçılar arasında apardığı sorğuda proqnozlaşdırılan 1,9 faizlik orta artımdan daha zəif olan göstəricilər 2021-ci ilin fevralından bəri ən zəif illik artıma işarə edib.
Digər tərəfdən, sözügedən göstərici Cənubi Koreya Mərkəzi Bankının orta müddətli hədəfi olan 2 faizdən aşağıdır.
Qeyd edək ki, maliyyə naziri Çoi Sanq-mok və Cənubi Koreya Mərkəzi Bankının sədr müavini Kim Vunq qiymət sabitliyi tendensiyasının davam etdiyini bildiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!