“Buta Sığorta” şirkəti kasko sığorta bazarına yeni məhsulunu təqdim edib. Yeni məhsul “Butalı kasko” adlanır və onun maraqlı demək olar ki, franşizasız olmasıdır.
Şirkətdən verilən məlumata görə, qəza zamanı sığortalanmış avtomobilə dəyən zərər tamamilə ödənilir. Yalnız qəzanın səbəbkarı sığortalı avtomobilin özü olduqda, müştəri cəmi 100 manat azadolma məbləği ödəyir, qalan bütün zərər şirkət tərəfindən ödənilir. Qəzanın səbəbkarı qarşı tərəf olduqda isə əlavə ödəniş ümumiyyətlə həyata keçirilmir. Əgər avtomobil 80%-dən artıq zədələnərsə, onda müştəriyə bütün sığorta məbləği və ya eyni dəyərdə olan eyni maşın təklif olunur.
"Butalı kasko" üzrə sığorta tarifi təqribən 3%-dir. Belə ki, buraxılış ili 2008-ci ildən yuxarı olan və 10 min manata sığortalanan maşın üçün sığorta haqqı 300 manatdır. Buraxılış ili 2008-ci ildən əvvvələ aid olan maşınlarda isə, sığorta tarifi bir qədər yüksək - ilindən asılı olaraq 3,5-4% ola bilər.
Paketə evakuator xidməti, DYP-dən sənədlərin alınmasına kömək, servisdə vurulan zərərdən sığorta da daxildir. Əvəzedici avtomobil xidməti də daxil edilərsə, sığorta haqqı nisbətən artıq olacaq. Bu məhsul ölkənin bütün regionlarında qeydiyyatda olan maşınlar üçün eyni dərəcədə keçərlidir.
Nəhayət, şirkətin məlumatına görə, kasko sığorta haqqını birdəfəlik ödəməkdə çətinlik çəkənlər "Butalı sığorta"nın haqqını 12 ay müddətində hissə-hissə ödəyə bilərlər. Məsələn, 300 manatlıq sığorta haqqını ayda 25 manatlıq hissələrlə ödəmək mümkündür.
Mənbə: fins.az