Müəllif: Tamara Mustafayeva, Banco.az
“IKEA” firması süni intellektin köməyilə 2030-cu ildə həyatın necə olacağını proqnozlaşdırıb.
Banco.az xəbər verir ki, İsveçin mebel nəhəngi “IKEA” süni intellektin köməyi ilə 2030 və ondan sonrakı illərin ev həyatını dizayn edərək gələcəyin evlərində müştərilərinə innovativ konseptlər təqdim edib.
Bunun üçün şirkət süni intellekt texnologiyasından istifadə edib. 2030 və sonrakı illərdə evlərimizin necə ola biləcəyi ilə bağlı müxtəlif innovativ konsepsiyalar təklif edən “IKEA” müştərilərini yığılmağa hazır mebellərin hüdudlarından irəlidə bir gələcəklə də tanış edir.
Dizaynlarını süni intellekt texnologiyasından istifadə edərək həyata keçirən şirkət gələcəkdə evlərimizin yosunlarla gücləndiriləcəyi və ekoloji cəhətdən təmiz materiallardan istifadə edərək 3D printerlər ilə hazırlanmış mebel dizaynlarına sahib olacağı ideyasını ortaya qoyur.
Qeyd edək ki, bu futuristik ssenarilər bütün dünyada məişət həyatını araşdırmaq üçün aparılan 10-cu “Ev Həyatı Hesabatı” əsasında hazırlanmışdır.
“IKEA” gələcəyin ev modelinə bu baxışları evdə daha yaxşı həyat üçün müəyyən etdiyi səkkiz əsas ehtiyac - nəzarət, rahatlıq, təhlükəsizlik, qidalanma, aidiyyət, həzz, uğur və şövq - əsasında formalaşdırır.
Hesabat gələcəkdə ev həyatını formalaşdıracaq üç fərqli ssenari təqdim edir.
"Jin" adlı personaj evini iqlim dəyişikliyinə uyğunlaşmaq üçün temperaturu tənzimləyən canlı kapsullarla təchiz edən həyat tərzini, "Angela" isə ABŞ-da yosun divar kağızı ilə əhatə olunmuş enerji istehsal edən evdə yaşayan güclü qadını xarakterizə edir. İsveçli "Ceymi" həyat yoldaşı və uşaqları ilə birlikdə inklüziv yaşayış məkanında yaşayır.
Hesabata görə, sorğuda iştirak edən müştərilərin 47 faizi gələcəkləri haqqında müsbət fikirdədir. Tədqiqatlar həmçinin ev heyvanlarının dəstəkləyici rol oynadığını, səliqəli evin psixi sağlamlığa müsbət təsir etdiyini və ekoloji təmiz vərdişlərin ailə xoşbəxtliyini artırdığını müəyyən edir.
Bizi sosial şəbəkələrdən izləyin!!