Belçikada tərcümə sahəsində fəaliyyət göstərən Jonckers şirkəti işçilərinə vaxt limiti olmayan ödənişli məzuniyyət izni verəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Belçikanın yerli mediasında yer alan məlumata görə, 10 ölkədə 172 işçisi olan Jonckers iş yerlərində uzun müddətli fasilələri aradan qaldırmaq və istedadlı komandaya cəlbedici iş şəraiti təmin etmək üçün yeni bir proqrama start verib.
Beləliklə, mart ayından etibarən şirkət işçiləri 20 günlük rəsmi illik məzuniyyətlərinə əlavə olaraq vaxt məhdudiyyəti olmayan ödənişli məzuniyyət ala biləcəklər.
Xüsusilə tərcümə proqram təminatı üzərində çalışan heyəti işə götürən şirkət işçilərinin digər şirkətlərə keçməsinin qarşısını almağı hədəfləyir.
Qeyd edək ki, sözügedən sektorda proqram təminatçılarının illik ödənişləri 400 min avrodur.
Aida İsaq, Banco.az