“Azərbaycanda mənzillərin, mülkiyyətin icbari sığortası tətbiq olunur. Sadəcə etiraf etməliyik ki, bu sahəyə əhali tərəfindən maraq çox azdır”.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq Maliyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumları cəlb etməklə stimullaşdırma mexanizmləri üzərində iş gedir: “Ümid edirik ki, əhali bu sahəyə daha maraqlı olacaq. Mənzilini və mülkiyyətini icbari sığorta etməyənə qanunvericiliklə tədbirlər nəzərdə tutulub”.
APA