Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir | Banco.az

Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliya hökuməti sosial şəbəkələrə giriş üçün uşaqlara yaş həddi tətbiq etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albaneze bildirib.

Onun sözlərinə görə, bu ilin sonunadək qəbul edilməsi planlaşdırılan yeni qanun uşaqların onlayn təhlükələrdən qorunmasını təmin edəcək və internetin gənclərə vurduğu zərəri azaltmağa kömək edəcək.

“Biz bilirik ki, sosial media cəmiyyətə zərər verir və uşaqları həqiqi dostlardan və real həyat təcrübələrindən məhrum edir. Avstraliya gəncləri daha yaxşısına layiqdirlər və mən uşaqlarımızı qorumaqda bütün avstraliyalı valideynlərin yanındayam", - deyə baş nazir qeyd edib.

Sosial şəbəkələrdən istifadənin qadağan olunacağı dəqiq yaş hələ müəyyən edilməsə də, 14-16 yaş aralığı müzakirə edilir. Albaneze, “Instagram” və “TikTok” kimi platformalardan istifadə etmək üçün şəxsən minimum 16 yaş təyin etməyi dəstəklədiyini bildidirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qanun layihəsinin qəbulu Avstraliyanı dünyada sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq edən ilk ölkələrdən birinə çevirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et