Bu ölkədə qəbul edilən qanunla işçilər iş saatları xaricində gələn zənglərə cavab verməyə bilərlər | Banco.az

Bu ölkədə qəbul edilən qanunla işçilər iş saatları xaricində gələn zənglərə cavab verməyə bilərlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya işçilərin hüquqları ilə bağlı mühüm bir təklif qəbul edib.

Banco.az xəbər verir ki, Avstraliyada işçilərin hüquqları ilə bağlı mühüm qanun parlament tərəfindən qəbul edilib.

Sözügedən qanuna görə, işçilər iş saatları xaricində gələn mesajları və zəngləri rədd edə biləcəklər.

Hökumət bu yeni qanun vasitəsilə işçilərin hüquqlarının qorunacağını və sağlam iş həyatının təmin ediləcəyini bəyan edib.

Qeyd edək ki, qanunun əleyhdarları bu tədbirlərin ifrat olduğunu və rəqabətə mənfi təsir edəcəyini iddia edirlər.

Ən sərfəli kredit üçün müraciət et

İşçilər üçün oxşar hüquqlar Fransa, Almaniya, İspaniya və digər Aİ ölkələrində də mövcuddur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram