Bu il Azərbaycandan xaricə qaz satışı 3%-dən çox artıb | Banco.az

Bu il Azərbaycandan xaricə qaz satışı 3%-dən çox artıb

2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində respublikada 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr artımla qaz hasil edilib.

Banco.az Energetika Nazirliyə istinadən xəbər verir ki, 5 ay ərzində xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.

Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 2,3 milyard kubmetr qaz nəql olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et