Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci yarısında (yanvar-iyun ayları) Azərbaycanda səfər sığortası bazarı 47,3% böyüyüb.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə bu sığorta növü üzrə daxilolmaların məbləği 2 milyon 736 min manata bərabər olub.
Bu növ üzrə ödənişlərin məbləği isə illik müqayisədə 35,9% azalaraq 116,2 min manata enib.
Qeyd edək ki, ötən ilin eyni dövründə səfər sığortası üzrə yığımların məbləği 1 milyon 857 min manat, ödənişlərin məbləği isə 181,2 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!