Bank “BTB” ASC Risklərin idarəedilməsi departamenti/Risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi
İş barədə məlumat:
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barəsində RİK, İdarə Heyətinə və Müşahidə Şurasına təqdim edilməsi üçün hesabat hazırlamaq;
- Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər hazırlamaq;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal birbaşa rəhbərinə məlumat vermək;
- Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
- Bankdaxili prosseslərdə risklərin qiymətləndirilməsi, çatışmamazlıqların müəyyən edilməsi və tədbirlər planın hazırlanması və rəhbərliyə təqdim olunması
- Aşkar olunmuş nöqsan və çatışmamazlıqlarla bağlı təkliflərin hazırlanması və qayda və prosedurların yenidən nəzərdən keçirilərək qiymətləndirilməsi
Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan, İngilis və Rus dillərində danışıq və yazı bacarığının olması;
- Bank sahəsində ən azı 2 il iş təcrübəsi (əməliyyat və kredit sahəsində çalışanlara üstünlük verilir);
- Bank qanunvericiliyinə dair biliklərin olması;
- Banklarda risklərin idarə edilməsi sahəsində anlayışın olmağı;
- Analitik düşüncə;
- Microsoft Office proqramları üzrə biliklər (Excel orta səviyyə, funksiyalarla işləmə bacarığı);
- Ezamiyyətlərə getmə imkanı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 30.04.2019-cu il tarixinədək [email protected]elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Risklərin təhlili şöbəsinin mütəxəssisi göstərməyiniz xahiş olunur.