Biznesə başlarkən bilməli olduğunuz 10 lazımlı termin! | Banco.az

Biznesə başlarkən bilməli olduğunuz 10 lazımlı termin!

Biznes elə bir sahədir ki, əgər burada müəyyən qədər məlumatımız olmasa uğur qazana bilməyəcəyik, onun üçün də mütləq bəzi terminlərdən xəbərimiz olmalı ki biznesdə bu ifadələr qarşımıza  çıxanda çaş-baş qalmalıyıq. Bu gün Banco.az sizinlə biznesdə qarşılaşacağınız 10 vacib termini paylaşır.

1) Birbaşa vergilər - Hüquqi və fiziki şəxslərin gəlirindən və ya əmlakından bilavasitə tutulan vergilər.

2) Amortizasiya - aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm surətdə azalması.

3) VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) - Hər bir vergi ödəyicisinə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman bütün vergilər üzrə, o cümlədən AR-in gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və AR-in bütün ərazisində vahid olan nömrə.

4) Kommersiya əməliyyatları - Geniş mənada istənilən işgüzar, biznes əməliyyatları, ya da ki alqı-satqı əməliyyatları

Ən sərfəli kredit üçün müraciət et

5) Vençur biznes -  adətən yüksək riskə malik yeni elmi-texniki layihələrin, eləcə də elmtutumlu sahələrdə müxtəlif istiqamətli riskli maliyyə əməliyyatlarının həyata keçirilməsi üzrə sahibkarlıq fəaliyyəti. 

6) Lisenziya - Ayrı-ayrı şəxslərə və ya təşkilatlara müəyyən iş görmək üçün ixtiranı, biliyi, təcrübəni və s. istifadə etməyə görə icazə.

7) Barter əməliyyatları - xarici ticarətdə valyutasız mal mübadiləsi sövdələşməsidir.

8) Demping - malların digər ölkələrə öz ölkəsindəki qiymətindən (dəyərindən) aşağı qiymətə satışıdır.

9) Tara - malların xarici qablaşdırma (məs: yeşik, çəllək, kisə, konteyner, karton yeşiklər və s.) vasitələridir

10) Konsaltinq – müəssisə, firma və təşkilatların xarici iqtisadi fəaliyyətinin geniş məsələləri üzrə satıcıların məsləhətləşməsidir