Biznes layihənizin ilkin mərhələsində bilməli olduğunuz 7 vacib məqam | Banco.az

Biznes layihənizin ilkin mərhələsində bilməli olduğunuz 7 vacib məqam

Uğurlu bir şirkət qurmaq üçün yaxşı bir fikrin olmağı kifayət deyil. Fikirdən əlavə, uyğun bir texnologiyaya, həll etdiyiniz problemi anlamağa, daxil olmaq istədiyiniz sektor haqqında bilgilərinizin olmasına, vizyonunuzu reallaşdıracaq və etibar edəcəyiniz komandaya ehtiyac vardır.

Sürətli şəkildə şirkət quran bir çox biznesmen, yalnız bir neçə ay sonra davamlı bir iş modelinin olmadığını, daxil olduğu sektorda kifayət qədər qaynağın olmadığını və ya bazar genişliyini çox şişirtdiyini hiss edir. Bu şirkətlərin çoxu ilk satışını reallaşdırmadan bağlanır.

Deyək ki, yaxşı bir fikriniz, bu fikri gerçəkləşdirəcək komandanız və iş görəcək motivasiyanız var. İlk baxışda uğurlu bir iş qurduğunuzu anlamaq üçün nəyə ehtiyac duyarsınız ?

1. Pulu qazanmaq istəyirsinizsə, öncə istəməlisiniz.

Möhtəşəm bir təqdimat etdiniz, təriflər eşitdiniz və çoxlu pul gəlməyə başladı, düzdür ? Xeyr. Reallıq budur ki, investor ertəsi gün işə getdiyiniz zaman sizə bir çek yazmayacaq. Buna görə də investora təzyiq etməli, fürsətlərdən bəhs etməlisiniz.

2. “Bəli” kəliməsinin xaricində hər kəlimə “Xeyir” mənasına gəlir.

Əgər bir qaynaq, ortaq və ya pul axtarırsınızsa “Bəli” kəliməsini eşitmədən heç nəyə ümid etməyin. Bəli, ilkin mərhələdə bunu qəbul etmək çətindir, xüsusilə siz ekstremal addımlar atarkən. Lakin vəziyyətin belə olduğunu qəbul etsəniz işiniz daha sürətli və qərarlı şəkildə irəliləyəcəkdir.

3. Uğur və investisiya üçün ehtiyacınız olan 2 şey, düzgün komanda və düzgün fürsətlərdir.

Əgər diqqət yetirsəniz uğurun sirri göstərişli bir layihə hazırlamaq deyil. Bazarı və müştəriləri əldə edəcək gözəl bir məhsul və ya xidmət yaratmaq üçün daha çox şeyə ehtiyac var.

Ən sərfəli kredit üçün müraciət et

4. Bir investor sizinlə razılaşmayıb “Xeyr” deyirsə və “Problem komanda ilə əlaqəli deyil” deyərək cümləsini bitirirsə, 99% ehtimalla problem komandadadır.

Əgər layihənizə sərmaye qoyan heç kimi tapmasanız, böyük ehtimalla bunun məhsul və xidmətinizə əlaqəli olduğunu düşünəcəksiniz. Lakin reallıq budur ki, investorlar komandanızın bu işi görə biləcəyinə inanmır və nəzakət xatirinə problemin komandanızda olmadığını deyir. Əgər “xeyr” kəliməsini eşitməyə davam edirsinizsə, qısa müddətdə komandanızı dəyişdirməlisiniz, əks təqdirdə uğurlu olmayacaqsınız.

5. Layihənizi dəyişdirməyə çox meyl etməyin.

Biznesmenlik bir təlim prosesidir. Nəyin faydalı, nəyin faydalı olmadığını bu proses ərzində öyrənib qərar verirsiniz. Bu proses müddətində bəzən layihənizi, iş modelinizi dəyişmək də istəyə bilərsiniz. Bu dəyişiklik sizə bir çox fürsət qazandıra bilər, lakin hər zaman bütün problemlərinizi həll etməyəcəkdir. Biznes layihəni dəyişdirmək çətin bir prosesdir, buna hazır olmalısınız.

6. Standart fikirlər çox zaman pul qazandırmır.

Pul nə ağacda yetişir, nə qədər qeyri-adi təqdimatlar edərək qazana bilərsiniz. Gələcək ilə bağlı təxminlər hər zaman reallaşmır. Gerçəklərlə nə qədər tez üzləşsəniz, o qədər tez həll edəcəksiniz. İşinizin necə irəlilədiyinə diqqət yetirin, standart fikirlərə çox önəm verməyin.

7. Problemlərinizin həll olunması üçün qarşınıza çıxan hər adamı işə götürməyin.

Şirkətinizin ilkin mərhələsində müxtəlif şöbələrdə sizə kömək etməkdən məmnun olan, əslində niyyəti xoş olmayan insanlar peydə olacaqdır. Zamanınızı boş yerə xərcləməyin. Ümidlərinizi doğrultmayan, pul ehtiyatlarınızı boş yerə xərcləyən bu insanlardan uzaq durun.

biznesmen.az