Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il mart ayının 31-i tarixinə 13 milyard 201 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1.1% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 417.4 mln. manatı və ya 3.2%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 7 mlrd. 341 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 716 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 464 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 678 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!