Biznes kreditlərinin 1.7 mlrd. manatı kiçik sahibkarlara verilib | Banco.az

Biznes kreditlərinin 1.7 mlrd. manatı kiçik sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il noyabr ayının 1-i tarixinə 12 milyard 246 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1,4% çoxdur.

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 426.7 mln. manatı və ya 3.5%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 5 mlrd. 722 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 314 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 681 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 528 mln. manatı isə mikro sahibkarlığa verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et