Bitcoin qiymətlərindəki son vəziyyət | Banco.az

Bitcoin qiymətlərindəki son vəziyyət

Bitcoin-in qiyməti 2017-ci lin sonlarında 20 min dolları çatdıqdan sonra ili 14 min dollarlıq nəticə ilə bitirmişdi. Bu ildə də iki dəfə ciddi itkilərlə üzləşən Bitcoin 13 min dollardan aşağı düşdü və kriptovalyuta bazarının ümumi dəyəri yeni ICO girişləri ilə artmasına baxmayaraq, vahid qiymət bazarında azalmalar davam etdi. Bazara təsir göstərən hadisələr və Bitcoin-in iqymətindəki son durum…

Bitcoin qiymətlərindəki son vəziyyət

Bitcoin qiymətləri ötən bazar ertəsindən cümə gününədək azaldı və 13 min dollardan da aşağı düşdü. Həftə sonu 14500 dollar civarında müəyyən olunan Bitcoin-in qiyməti 2018-ci ilin 3-cü həftəsində 13800 dollara bərabərdir.

Kriptovalyuta analitikləri 2018-ci lin 2017-ci ildən daha uğurlu olacağına dair proqnozlar verərkən mərkəzi idarəetmə elementi olmayan kriptovalyuta bazarlarına qarşı dövlətlər müxtəlif mövqelər sərgiləməyə başlayıb. İlin əvvəlində dəyər itkisinə aid verilən xəbərlərin təsiri böyükdür.

Dövlətlər müdaxilə etdi, zərərlər başladı.

Cənubi Koreya Ədliyyə Nazirliyinin qeyri-qanuni birjaların qadağan olunacağını açıqlaması və polis reydlərinin aparılması ilə Bitcoin-in qiymətlərində dəyişiklik olmuşdu. Bazarı təqib edən “CoinMarketCap” saytında Cənubi Koreya birjalarında əməliyyatların qiymətləndirmədən çıxarılması ilə bağlı məlumat yayılmışdı.

Çində yeni kriptovalyutaların tədarükü və ticarətinin qadağan edən həmlələrin artırılması Bitcoin-in qiymətinə mənfi mənada təsir göstərdi. Mədənçilik üçün tələb olunan avadanlıq və insan resurslarının ucuz olmasına görə Çin kriptovalyutaların ən böyük dayaqlarından biridir.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Bitcoin ilə vergi alacaq

ABŞ-da Kapital Bazarı İdarəsi (SEC) Bitcoin-in başçılıq etdiyi kriptovalyutaların çirkli pulların yuyulması, qanunsuz ticarət və saxtakarlıq məqsədilə istifadə edilmə potensialı səbəbi ilə federal tənzimlənmə hazırlayır.

Hal-hazırda ABŞ-da kriptovalyutalarla vergi ödənməsini mümkün edən qanun layihəsi hazırlanır. Arizona əyalət məclisinə gələn yeni qanun layihəsi vətəndaşların vergiləri Bitcoin və digər kriptovalyutalarla ödəmələrinə imkan yaradacaq və bunun dövlətə olan bütün borcların Bitcoin ilə ödənilə bilməsi formasına salınması təmin ediləcək.

Qiymət düzəldilməsi və konsolidasiya görünüşü

Bitcoin-in iqyməti bu yeniliklərin fonunda həftə sonu düzəlsə də, 2018-ci ilin ikinci həftəsində 23 faiz dəyər itirdi.

Bitcoin-in qiymətindəki eniş səbəbilə altcoin olaraq adlandırılan və Bitcoin ilə əlaqədar digər kriptovalyutalar da enişlər yaşadı. Ripple-ın qiyməti 4 dollara çatdıqdan sonra 2 dollara qədər endi. Bazar dəyəri ən yüksək olan 5 kriptovalyutadan sadəcə Cardano yüksəldi. 2018-ci ildə dəyəri 60 faiz artaraq 1300 dolları keçən Ethereum-da savayı gəlir gətirən olmadı.

Digər tərəfdən “CBOE”-də müddətli Bitcoin 190 dollar itki ilə 13.610 dollar, “CME”-də isə müddətli Bitcoin 13.590 dollar səviyyəsində məliyyat həyata keçirir.

kripto.az