Birləşmiş Krallığın Azərbaycana birbaşa investisiya qoyuluşu 5%-dən çox artıb | Banco.az

Birləşmiş Krallığın Azərbaycana birbaşa investisiya qoyuluşu 5%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 857 milyon 64 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 5,5% və ya 97 milyon 118 min dollar çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 milyard 759 milyon 946 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram