Bir ilk: İnsan beyninə çip yerləşdirilir! | Banco.az

Bir ilk: İnsan beyninə çip yerləşdirilir!

Müəllif: Gülnar Əhmədli, Banco.az

İlon Maska məxsus "Neuralink" şirkəti elmi fantastika filmini xatırladan inkişafı ilə yenidən gündəmdədir. Şirkət bu yaxınlarda beyin-kompüter interfeysi üzrə tədqiqatlar aparır. "Neuralink"in məqsədi insan beynini kompüterlə birləşdirərək onunla qarşılıqlı əlaqə yaratmaqdır. Bu səbəbdən "Neuralink" insan sınaqları üçün qeydiyyat proqramı açıb.

Banco.az xəbər verir ki, bunun üçün şirkət texnologiya ilə əlaqə quracaq bir prosedurdan keçmək üçün könüllülər axtarır. Digər tərəfdən isə "Neuralink" may ayında insanlar üzərində sınaqlara başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən icazə alıb.

Cihaz çox kiçik bir ölçüdədir və sadəcə bir robot vasitəsilə implantasiya edilə bilən ultra nazik kabelə malikdir. Şirkət daha əvvəl beyin çipinin müxtəlif versiyalarını qoyun, donuz və meymunlarda sınaqdan keçirib. Ancaq subyektlərin ölümünə səbəb olan bəzi fəsadlar baş verdiyi üçün heyvan təcrübəsi böyük tənqid olunub.

İndi isə şirkət texnologiyanın təhlükəsizliyini də nəzərə alaraq iflic olan xəstələrdən insan təcrübələri üçün istifadə etmək istəyir. İlk olaraq "Link" adlı cihaz 12 xəstəyə implantasiya ediləcək. Bu prosesin bir neçə saat çəkdiyi də bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Sınaqlarda iştirak etmək üçün "Neuralink"in bəzi kriteriyalarına cavab vermək lazımdır (Quadriplegia, paraplegiya, görmə pozğunluğu və ya korluq, afaziya və ya danışa bilməmə, eşitmə zəifliyi və ya karlıq, böyük əzaların amputasiyası və s.) Digər şərt isə 18 yaşdan yuxarı olmaqdır. 

Onu da qeyd edək ki, sınaqlar üçün yüzlərlə şəxs qeydiyyatdan keçib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram