Beynəlxalq səyahətlər pandemiyadan əvvəlki səviyyələrə qayıdıb | Banco.az

Beynəlxalq səyahətlər pandemiyadan əvvəlki səviyyələrə qayıdıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq turizm və səyahət sektorunun ümumi daxili məhsula (ÜDM) töhfəsinin bu il pandemiyadan əvvəlki səviyyələrə qayıtması gözlənilir.

Banco.az xəbər verir ki, Dünya İqtisadi Forumunun (WEF) Surrey Universiteti ilə birlikdə iki ildən bir hazırladığı və bir çox amilləri nəzərə alaraq 119 ölkənin səyahət və turizm sektorlarını təhlil edən Səyahət və Turizm İndeksi 2024 (TTDI) dərc edilib.

Bildirilib ki, bu il Kovid-19-la bağlı səyahət məhdudiyyətlərinin aradan qaldırılacağı və pandemiya dövründə təxirə salınmış tələbatın turizm sektorunda güclü şəkildə əks olunacağı proqnozlaşdırılır. Aviareyslərin sayının artması ilə yanaşı, təbii və mədəni ərazilərə artan investisiya və marağın turizmin inkişafına da töhfə verəcəyi gözlənilir.

Bununla belə, sektorun inkişafı ölkədən ölkəyə dəyişir. Belə ki, indeksdəki 119 ölkədən 71-i 2019-cu ildən bəri turizm və səyahət ballarını artırsa da, indeksin orta göstəricisi pandemiyadan əvvəlki səviyyədən 0,7 faiz aşağıda qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, beynəlxalq turizm və səyahət sənayesi pandemiyanın yaratdığı qlobal sağlamlıq böhranının şokunu dəf etsə də, hələ də makroiqtisadi problemlər, geosiyasi və ekoloji risklər, süni intellekt kimi yeni rəqəmsal texnologiyaların təsiri kimi problemlərlə üzləşir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et