Beynəlxalq sanksiyalara rəğmən Şimali Koreya iqtisadiyyatı böyüyür | Banco.az

Beynəlxalq sanksiyalara rəğmən Şimali Koreya iqtisadiyyatı böyüyür

Ölkənin nüvə fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə tətbiq edlən beynəlxalq sanksiyalara rəğmən, Şimali Koreyanın iqtisadiyyatı 2016-cı ildə 3,9 faiz artıb və bu, 1999-cu ildən sonra qeydə alınan ən yüksək artım göstəricisidir (6,1 faiz).

Cümə günü Seulda yerləşən Koreya Bankı (BOK) tərəfindən açıqlanan rəqəmlərə əsasən, ən yüksək böyümə rəqəmləri mədən-hasilatı və  emal sənayesi (6,2%) sektorundaŞ  həmçinin elektrik, qaz və su təchizatı (22,3%) təchizatə sahəsində qeydə alınıb. Bu sahələr birlikdə ölkə ÜDM-in təxminən 40 faizini təşkil edir. İxracat bir il öncə ilə müqayisədə 4,6 %ə artaraq 2,82 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

1991-ci ildən etibarən, Cənubi Koreya Bankı, Şimali Koreya ilə əlaqədar məlumatları, müvafiq qurumlar tərəfindən verilən istehsal miqdarları haqqında əsas göstəriciləri istifadə edərək, o cümlədən  Cənubi Koreyanıın Ədliyyə Nazirliyi və Milli Təhqiqat Xidməti tərəfindən alınan rəqəmləri də nəzərə almaqla, hər il yayımlayır.