Beynəlxalq Bank yeni vakansiya elan edir!! | Banco.az

Beynəlxalq Bank yeni vakansiya elan edir!!

“Azərbaycan Beynəlxalq Bankı” ASC Problemli kreditlərlə iş departamentinə mütəxəssis vakansiyası elan edir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • İcraatda olan  kredit portfellərinə nəzarət;
  • Vaxtı ötmüş borclarla bağlı işin başlanğıc mərhələsində və onun gedişində borclu ilə məsafədən ünsiyyətin qurulması;
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması;
  • SMS və ya elektron poçtla borc haqqında bildirişin göndərilməsi;
  • Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.

Bizim üçün ideal namizəd:

  • Universiteti yeni bitirmiş (Təcrübə tələb olunmur);
  • Təhsil istiqaməti iqtisadiyyat, hüquq və maliyyə istiqaməti olan;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti olan;
  • Yüksək dərəcədə ünsiyyət və münasibət  qurma bacarıqları olan;
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları olan;
  • Gərgin situasiyalarda  emosiyalarını idarə etməyi bacaran şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

Ən sərfəli kredit üçün müraciət et

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Problemli kreditlərlə iş departamentinə mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram