Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Enerji Agentliyi (BEA) bərpa olunan enerji proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, qlobal bərpa olunan enerji potensialındakı artımın 2030-cu ilə qədər bugünkü əsas iqtisadiyyatların ümumi enerji potensialına bərabər olacağı və bu resursların 2030-cu ilə qədər dünyanın elektrik enerjisinə tələbatının demək olar ki, yarısını ödəyə biləcəyi proqnozlaşdırılır.
Qlobal potensial artımının bu dövrdə Çin, Avropa İttifaqı (Aİ), Hindistan və ABŞ-ın hazırkı ümumi enerji potensialına demək olar ki, bərabər olacağı təxmin edilir.
Bu çərçivədə 2024-2030-cu illərdə bərpa olunan enerjiyə 5500 giqavattdan çox yeni gücün əlavə ediləcəyi gözlənilir. Bu artım 2017-2023-cü illərdəki artımdan təxminən 3 dəfə çoxdur.
Bu artımla 2030-cu ildə qlobal elektrik enerjisi istehsalında təkcə günəş və külək enerjisinin payının 30 faizə yüksələcəyi, eyni zamanda bütün bərpa olunan enerji mənbələrinin dünya elektrik enerjisi istehsalının az qala yarısını qarşılayacağı gözlənilir.
Cari bazar tendensiyalarını və hökumətlər tərəfindən mövcud siyasət tənzimləmələrini nəzərə alaraq, Çinin indidən 2030-cu ilə qədər qlobal miqyasda quraşdırılan bütün bərpa olunan enerji potensialının demək olar ki, 60 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, Çin 2030-cu ildə dünyanın ümumi bərpa olunan enerji potensialının demək olar ki, yarısına ev sahibliyi edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!