Müəllif: Gülnar Əhmədli, Banco.az
Geyim sənayesi hər bir iqtisadiyyatın əvəzolunmaz bir hissəsidir. Çünki bu sektor hər yaşdan və dünyanın hər bir yerindən olan istehlakçıları cəlb edir. Moda sənayesi hazırda çətin dövrlərdən keçir. Son illərdə bir çox beynəlxalq mağazanın bağlanması və onlayn satışa keçid başlayıb.
Bu tendensiyalara baxmayaraq, lüks moda bazarı hələ də mövcuddur. Bu lüks mallar texniki yenilikləri, unikal dizaynı və müştəri loyallığı sxemləri ilə rəqabətdən öndə olmağa çalışırlar. Geyim sənayesində kiçik şirkətlər belə rəqabətdə böyük şirkətlərə uduzular. Hazırda Fransa brendi "Louis Vuitton" bazar dəyərinə (433 milyarde dollar) görə dünyanın ən böyük geyim brendidir. Hər kəs populyar markaların ən dəyərli olduğunu düşünsə də, ilk 15-likdə adlarını çox az eşitdiyimiz, ya da ümumiyyətlə eşitmədiyimiz şirkətlər də var.
Bazar dəyərinə görə dünyanın ən dəyərli 15 geyim brendi bunlardır: (9 fevral 2024-cü il tarixinə)
1. Louis Vuitton (Fransa): 433 milyard dollar
2. Nike (ABŞ): 157.2 milyard dollar
3. Dior (Fransa): 150.4 milyard dollar
4. Inditex (İspaniya): 130.5 milyard dollar
5. TJX Companies (ABŞ): 112.1 milyard dollar
6. Fast Retailing (Yaponiya): 81.5 milyard dollar
7. Cintas (ABŞ): 62.6 milyard dollar
8. Lululemon athletica (Kanada): 59.7 milyard dollar
9. Kering (Fransa): 54.1 milyard dollar
10. Ross Stores (ABŞ): 49.2 milyard dollar
11. Adidas (Almaniya): 33.2 milyard dollar
12. H&M (İsveç): 21.6 milyard dollar
13. Moncler (İtaliya): 17.1 milyard dollar
14. Prada (İtaliya): 16.7 milyard dollar
15. Next Plc (Böyük Britaniya): 13.4 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!