Müəllif: Gülnar Əhmədli, Banco.az
Son bir neçə ildə ABŞ şirkətlərinin səhmlərinə tələb artıb. Süni intellekt platformalarının istifadəyə verilməsi ABŞ-ın texnologiya üzrə aparıcı şirkətlərinin gəlirlərinə də təsir edib. Bu şirkətlərin gəlirləri və bazar dəyəri günü-gündən artır. Bazar dəyərinə görə 10 ən böyük ABŞ şirkətindən ilk 6-nın (Microsoft, Apple, Microsoft, Alphabet, Amazon, Nvidia, Meta) bazar dəyəri 1 trilyon dollardan çoxdur.
ABŞ-ın bazar dəyərinə görə ən böyük 10 şirkəti aşağıdakılardır:
1. Microsoft: 3,1 trilyon dollar
2. Apple: 2,9 trilyon dollar
3. Alphabet (Google): 1,8 trilyon dollar
4. Amazon: 1,8 trilyon dollar
5. Nvidia: 1,78 trilyon dollar
6. Meta (Facebook): 1,1 trilyon dollar
7. Berkshire Hathaway: 861,4 milyard dollar
8. Eli Lilly: 702,6 milyard dollar
9. Tesla: 616,5 milyard dollar
10. Broadcom: 600,8 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!